Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır. Aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib.
Unikal.org big.az-a istinadən aktrisanın ilk təəssüratlarını təqdim edir:
"Burada olmaqdan çox məmnunam. 3-cü dəfədir ki, Bakıdayam. Çox xoşbəxtəm. Azərbaycanla qardaş, dost ölkəyik. Azərbaycanı çox sevirəm, çünki buranın insanları mehribandırlar. Diqqətiniz, sevginiz məni çox xoşbəxt edir. Sevildiyimi bilirəm, bu da məni ayrıca xoşbəxt edir. Mən də azərbaycanlıları çox sevirəm".