Uzun zamandır küsülü olan müğənnilər Tacir Şahmalıoğlu və Fədayə Laçın barışıb.
Unikal.org xəbər verir ki, "5/5 verilişində qonaq olan sənətçilər yenidən birlikdə duet oxuyublar.
Müğənni Tacir Şahmalıoğlu aznews.az-a açıqlamasında bildirib ki, onları bir araya Zaur Kamal gətirib:
"Fədayənin o verilişdə olmasından xəbərim yox idi. Baxdım ki, Fədayə ordadır, bir yerdə duet oxuduq.
T.Şahmalıoğlu F.Laçınla sevgili olması ilə bağlı gəzən şayiələrə də aydınlıq gətirib:
"Onunla sevgili olmağım yalandır. Hər tərəf müqabili olan sevgili olur? Səsi səsimə uyğun gəldiyinə görə duet oxuyub, xalq üçün 10 mahnı yaratdıq. Bundan başqa aramızda heç nə olmayıb. Dostumdur, bir müğənni kimi onu sevirəm və çox istəyirəm.
Müğənni həmkarının uzun müddət ondan ayrı fəaliyyətində də toxunub:
"Onu kimsə öyrətdi. Elə bildi ki, tək oxuyanda nəsə əldə edəcək. Məndən ayrı oxumaq Fədayəyə ziyan verdi. Ayrıldı, tək oxumaq istədi. Mən də qarşı çıxmadım. Sənətdə ayrılsaq da el şənliklərində bir yerdə idik. Bir yerdə çörək qazanan düşmən ola bilməz.
Bir müddət əvvəl T.Şahmalıoğlu F.Laçınla bir vaxtlar sevgili olduğunu açıqlamışdı.