Siyəzəndə 33 yaşlı gənc qatarın altında qalıb.
Unikal.org ARB-yə istinadən xəbər verir ki, hadisə gecə saat 4 radələrində Siyəzən rayonunda qeydə alınıb.
İşdən qayıdan Siyəzən sakini 33 yaşlı Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.
Xəsarərət alan Mirzəxan Qurbanov dərhal Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun həyatı xilas edilsə də hər iki ayağı topuq hissədən ampultasiya olunub.
Xəsarət alan Gilgilçay kənd sakini paytaxtda dəmiryol staniyasında maşinist köməkçisi vəzifəsində çalışır. Növbəli çalışdığından Mirzəxan Qurbanov işə məhz qatar vasitəsilə gedib gəlirdi. Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.