Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Saatlı rayonu, Ağarəhimli kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.