Türkiyənin Siirt vilayətində mis mədəni çöküb.

Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər uçqun altında qalıb. 

16 işçi, 8 maşın və 3 iş aparatı dağıntılar altında qalıb. Hadisə yerinə çox sayda ambulans göndərilib.

İlkin məlumata görə, 4 nəfər həlak olub.