Bağdad yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Unikal.org-un "Röytersə istinadən verdiyi xəbərə görə, kamikadze minalamış avtomobili toy mərasimi keçirilən əraziyə sürərək partladıb. Qonaqlar arasında yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu bildirilir.

Partlayış Fəllucə şəhərinin cənubundakı Əmiriyyə rayonunda törədilib.