Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən bildirir ki, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində "Ford" markalı minik avtomobili ilə "ZİL" markalı benzin daşıyan maşın toqquşub.

Güclü zərbədən "ZİL" markalı maşın aşıb, benzin yola dağılıb.

Hazırda Ələt-Astara magistralı bağlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.