Bakıda 10 yaşlı uşaq faciəli şəkildə ölüb.

Unikal.org  xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə noyabrın 12-də rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərindəki dəmir darvaza düşüb. Nəticədə uşaq aldığı xəsarətdən noyabrın 17-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.