Bu gün Şəki rayonunun Kiş kənd sakini, 1997-ci il təvəllüdlü Nuranə Cümşüd qızı Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Unikal.org ARB Şəkiyə istinadən xəbər verir ki, müayinə zamanı məlum olub ki, 19 yaşlı Nuranə Süleymanova bilməyərək gülab əvəzinə sirkə turşusu içib.
Şəki MRX-dən verilən məlumata görə, Nuranə Süleymanovaya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.