Yanğın İsmayıllının Aşağıbaş kənd sakini Mikayılzadə Sabir Mikayıl oğluna məxsus həyətyanı sahədə qeydə alınıb.

Unikal.org ARB Şəkiyə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyalarının 200 m² sahəsi və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanıb.

Hadisə yerinə İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasının 3 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub.

Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın gecə saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ev sahibləri evdə olmadığı üçün xəsarət alan olmayıb, FHK-ya da qonşular xəbər veriblər.

Ev sahibinə dəyən maddi ziyanın 10-12 min manat olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.