Cinsiyyətini dəyişdikdən sonra gündəmdən düşməyən Rüzgar Erkoçlar ticarət mərkəzlərinin birində görüntülənib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş aktrisa jurnalistlərə açıqlamasında deyib:

"Avropa və Hollivudun məşhur rejissoru olan Luka Tomassini menecerimlə əlaqə saxlayıb. İş təklif edib. Amma mən əvvəl ölkəmdə nəsə etmək istəyirəm. Burada yadda qalan bir uğur qazanmaq fikrindəyəm. Ondan sonra xaricə getmək barədə düşünərəm".