Unikal.org xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, məhkəmə A.Kərimovun mülkiyyətində olan 10-A-378 nömrəli "Harley Devidson markalı motosikletinə, ona məxsus olan "AKEY" MMC-nin mülkiyyətində olan 10-PB-378 nömrəli "Maserati Quatroporte S Q4 markalı avtomobilinə, 90-AA-378 nömrəli "Jaguar XJ markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub.
Yaranmış zərurətlə əlaqədar olaraq "AKEY MMC-nin işçilərinin "Aztelekom MMC-də, "Azercell Telecom MMC-də, "Bakcell MMC-də quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. "Aztelekom MMC-də olan avadanlıqların "Cartburg NC şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib.
Həmçinin "Cartburg NC şirkətinin "Aztelekom MMC-nin "S-12 beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112 826 ABŞ dolları olduğu müəyyən olunub. Yaranmış zərurətlə əlaqədar olaraq Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarı ilə həmin avadanlıq üzərinə həbs qoyulub.
İstintaq zamanı A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin sonuncu cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən A.Kərimovun törətmiş olduğu cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib. Onun barəsində CM-nın həmin maddələri ilə yenidən ittiham elan edilməsi haqqında 10 avqust 2016-cı il tarixdə qərar qəbul edilib.
İttiham aktında göstərilib ki, iş materiallarına əlavə olunan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Caspian Telecommunication LTD şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər "Cartburg NC şirkətinin Azərbaycanda fəaliyyətinə A.Kərimov rəhbərlik edib. "Cartburg NC şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla "AGbank ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub.