Masallıda kivi bağına girən naməlum şəxs və ya şəxslər həm bağı talayıb, həm də ağacları kəsərək fermerə ziyan vurub.
Unikal.org xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində fermer Həmidulla Mahmudova məxsus kivi bağında olub. Beş il bundan öncə əkilən, hazırda məhsul verən kivi ağacları naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında kəsilərək məhv edilib. Bağ sahibi Həmidulla Mahmudov hadisədən səhər bağa gələndə xəbər tutub.
Həmidulla Mahmudovun sözlərinə görə, bağdakı ağacların təqribən 90% kəsilərək yarasız vəziyyətə salınıb və nəticədə ona küllü miqdarda maddi ziyan vurulub. Fermer, hələlik bu işdə kimsədən şübhələnmədiyini, amma ona külli miqdarda ziyan dəydiyini bildirib.
Hazırda huquq muhafizə orqanları hadisəni törədən şəxs və ya şəxlərin aşkarlanması isdiqamətində işlər aparılır.