İranın Bürucerd şəhərində bir ailənin 5 üzvü dəm qazından ölüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisədə ata, ana və 3 övladı həyatını itirib.

Ailənin ölümünə səbəb vanna otağında sızan qaz olub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Bürucerd İranın Lorestan əyalətində yerləşir.