Türkiyənin "Afyon Belediye Yüntaş Gençlik voleybol klubunun üzvü Kervin Pinerua 25 yaşında vəfat edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Venesuelanın voleybol millisinin də kapitanı olan Kervin dünən gecə yüksək qızdırma ilə xəstəxanaya gətirilib. Pinueranın qızdırmasını aşağı salmaq mümkün olmayıb və o, səhərə yaxın gözlərini əbədi yumub.
Voleybolçunun konkret hansı səbəbdən öldüyü hələ açıqlanmayıb. Amma ilkin ehtimallara görə, ölümə səbəb "donuz qripi kimi tanınan xəstəlik ola bilər.
Kervin Pinuera ölümündən bir gün əvvəl isə "İnstaqram hesabından bu fotonu paylaşıbmış: