Çinin şimal-şərqində sərnişin avtobusu aşıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Çançun-Çaluhe marşrutu uzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onların həyatlarına təhlükə olmadığı bildirilir. İlkin versiyaya görə, yolun buz bağlaması qəzaya səbəb olub.