Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.

Unikal.org trend-ə istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.

Məlumata görə, hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.

Hadisə nəticəsində bina sakinləri təxliyə olunublar. Xəsarət alan yoxdur.

Bakıda yataqxana yanır - FOTOLAR
Bakıda yataqxana yanır - FOTOLAR
Bakıda yataqxana yanır - FOTOLAR
Bakıda yataqxana yanır - FOTOLAR
Bakıda yataqxana yanır - FOTOLAR
Bakıda yataqxana yanır - FOTOLAR