Bakıda yol polisinin iştirakı ilə qəza olub.

Unikal.org crminal.az saytına daxil olan məlumata görə, bu gün Nəriman Nərimanov prospektində yol patrul xidmətinin ''BMW'' markalı avtomobili arxadan ''Toyota Prado'' markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzadan sonra yol polisi maşından düşərək ''Prado''nun sürücüsünə qışqırıb, sonra isə ərazini tərk edib.

Qəzanın hansı sürücünün günahından baş verməsi məlum deyil.