Dünyada ilk dəfə insana süni ürək köçürülməsi əməliyyatını həyata keçirən cərrah Denton Kuli ABŞ-da vəfat edib
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, 96 yaşlı cərrah Hyustondakı evində dünyasını dəyişib.
Qeyd edək ki, Denton Kuli 1968-ci ildə dünyada ilk dəfə olaraq uğurlu ürəkköçürmə əməliyyatı aparıb. Bundan sonra o, 100 minə yaxın əməliyyat aparıb və bir sıra mükafatlara layiq görülüb.
Onların arasında ABŞ-da mülki şəxslərə verilən yüksək mükafatlardan biri - "Azadlıq prezident medalı da var.