Xəbər verdiyimiz kimi Türkiyədə Siirt rayonunun Şirvan qəsəbəsində misfilizi mədənində uçqun baş verib. Nəticədə uçqun baş vermiş mədəndə tapılan cəsədlərin sayı 5-ə çatıb.Mədəndə uçqun altında qalan digər 11 işçi ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.
Unikal.org xəbər verir ki, hadisə baş verən əraziyə enerji və təbii ehtiyatlar naziri Berat Albayrakda gəlib.
Bütün bunlara baxmayaraq itkin düşən insanların yaxınları axtarışların zəif aparılmasından narazıdır.
Vətəndaşlarla əsgərlər arasında kiçik bir çaxnaşmada yaranıb. Yüksək səslə bağıran bir vətəndaş da yanına gələn polkovnikin əsəbindən əlini öpdü. Bu əsnada hirsli vətəndaşın polkovnikin şapkasını başından çıxararaq öz başına sancıb.