Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov dünyasını dəyişib.

Unikal.org xəbər  verir ki, bu barədə məlumatı APA-ya "Mədəniyyət telekanalının direktoru Ramil Qasımov deyib.

Onun sözlərinə görə, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Məlumata görə, N.Əzimov ürək çatışmazlığından əziyyət çəkirmiş.

Allah rəhmət eləsin!