Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd "Samsung Galaxy J1 Prime markalı mobil telefon və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 980 ədəd "Marlboro və "Parliament markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.