Türkiyənin Zonquldağ bölgəsindən adları məxfi saxlanılan 43 yaşlı S.K. və 47 yaşlı A.K. 3 yaşlı qızlarının bağçada cinsi istismara məruz qalması barədə yerli prokurorluğa şikayət edib.

Unikal.org xəbər verir ki,bu barədə uşaq bağçadan evə qayıdarkən anasına bildirib. "Alt paltarını dəyişəndə uşaq mənə dedi ki, bağçada bir nəfər mənim cinsiyyət orqanıma toxunub. Ancaq o "bir nəfər"in kim olduğunu bilmirik. Bağça rəhbərliyi ilə danışdım. Orada 60-65 yaşlarında bir kişinin işlədiyini öyrəndim. Təhlükəsizlik kameralarına baxmaq istəsəm də, videoyazını geri çəkmək mümkün olmadı. Həmin şəxsin kim olduğunu bilmirəm. Qızım sadəcə "bir nəfər" deyir".

Faktla bağlı araşdırma başlayıb.