Sumqayıtda ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakıdan Sumqayıta gedən yolun bu şəhərə birləşən hissəsində "BMW X5" markalı minik avtomobili piyadanı vurub. Ağır xəsarət alan 40 yaşlı kişi hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.