Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayon sakini 2012-ci il təvəllüdlü Nəsrullayev Şahmar Azər oğlunu maşın vurub.

Azyaşlı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.