Lənkəranda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə bu gün saat 21.00 radələrində şəhərin Füzuli küçəsi ərazisində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən piyada, Lənkəran şəhər sakini, 36 yaşlı Nazim İltifat oğlu Verdiyevi vurub. Bədən xəsarəti almış N.Verdiyev təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə zəruri tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.