Bu gün İsmayıllı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tikilinin damının içərisindəki əşyalar və çöl divarına quraşdırılmış 3 ədəd işıq, 1 ədəd sayğac yanıb.

Unikal.org FHN-ə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.