Lənkəranda intihar hadisəsi baş verib.
Unikal.org bildirir ki, Lənkəran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sütəmirdov kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü İqbal Ağəli oğlu Əliyev yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.