Bakıdakı 11 saylı cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub.
Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.

Burada yolu keçmək istəyən 1996-cı il təvvəllüdlü Əsədzadə Ərşad Müşfiq oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Ağır bədən xəsarətləri alan Ə.Əsədzadə təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, Ə.Əsədzadə 11 aydır Ədliyyə Nazirliyinin tabeçiliyində hərbi xidmətdədir. Onu avtomobil vurarkən əynində hərbi forma olub.

Faktla bağlı cinayət işi başlanılır, araşdırma aparılır.