Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Xəzər rayonu ərazisində - Albalılıq qəsəbəsində "Toyota" və "Niva" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 58 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.