"Korrupsiya Ermənistanın penitensiar sistemində başlıca problem olaraq qalmaqdadır.
"Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin hesabatında bildirilib.
Komitə üzvləri Ermənistanın bir sıra cəzaçəkmə müəssisələrində monitorinq keçiriblər.
Xəbərdə bildirlib ki, nümayəndə heyəti psixiatrik xəstəxanalara da baş çəkib.
Hesabata görə, ölkənin bir sıra həbsxanalarında normadan çox məhbus saxlanılır.