Şirvan şəhərində intihar hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, Şirvan şəhər sakini 1991-ci il təvəllüdlü Mirzəyev Ülvi İntiqam oğlu yaşadığı evin hamamında özünü asıb.
Meyit hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsində müayinə olunur.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.