Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan avtomobil təmiri sexi yanıb.

Unikal. org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin dam örtüyü 60 m2 sahədə və içəridə təmirə dayanmış "VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.