Xocəsən qəsəbəsində ağır yol qəzası olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Xocəsən qəsəbəsində "BMW" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Nissan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:42-də başa çatıb.