Ağdamda Azəri-Press İnformasiya Agentliyinin (APA) və APA TV-nin əməkdaşlarına qarşı zorakılığa yol verilib.
Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Rəşad Nəcəfov və yaxınları APA TV-nin çəkiliş qrupuna hücum edərək, televiziyaya məxsus "Panasonic-HD 3MOS markalı videokameranın obyektivini sındırıblar.
Zorakılığa məruz qalan jurnalistlər bununla bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.
Qeyd edək ki, rayonun Quzanlı qəsəbəsinin sakinləri Rəşad Nəcəfov, Arzu Nəsibova, Rasim Naibov və Ramiz Naibov dünən Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.
Onlar bir gün əvvəl açılan pomidor turşusunu yedikdən sonra özlərini narahat hiss etdiklərini bildiriblər.