Türkiyənin Adana vilayətində partlayış baş verib.
Unikal.org türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.