Zəhərlənərək öldürüldüyü deyilən Gülnarə Kərimovanın oğlu BBC Uzbekə danışıb.
Unikal.org xəbər verir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov bildirib ki, anasının öldürülməsi ilə bağlı yayılan xəbərlər yalandır:
"Düzdü anam və bacım rejimə qarşı çıxdıqları üçün 2014-cü ilin fevral ayından ev duslağlığı şəraitində yaşayırlar. Ölkədən kənara çıxa bilmirlər. Anamın ölümü ilə bağlı məlumatlar çıxan kimi dərhal mən Londonda Özbəkistan səfirliyinə müraciət etdim. Bacımla əlaqə qurdum və o məlumatın yanlış olduğunu dedi".
Nəvə İslam Kərimov Özbəkıstanın hazırkı rejimi tərəfindən özü və ailəsinin həyatı təhlükədə olduğunu da dilə gətirib.
Xatırladaq ki, Özbəkistan mediasının Center-1 saytı noyabrın 5-də 44 yaşlı Gülnarə Kərimovanın zəhərlənərək öldüyü barədə məlumat yayıb. Bildirilib ki, o gizli şəkildə dəfn edilib.