Bakı-Quba yolunda avtomobil yanıb. 

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "İnter futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.