Ələt-Astara magistralında mikroavtobus aşıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetmədən çıxan mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıblar.
Faktla bağlı araşdırma gedir.