Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə noyabrın 24-də,saat 11.55 radələrində Ələt-Astara magistralının 157-ci kilometrliyində, Təzə Alvadı kəndi ərazisində qeydə alınıb.

Masallının Çaxırlı kənd sakini, 1961-ci il təvəllüdlüMəharət Xamməd oğlu Xancanovun idarə etdiyi "Mercedes" markalı, 10 ME 461 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədəsürücü də daxil olmaqla daha6 sərnişin - Masallının Çaxırlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Babək Allah verdi oğlu Məmmədov, 1972-ci il təvəllüdlü İlhamə Allahyar qızı Rəhimova, 1968-ci il təvəllüdlü Sirac Əvəz oğlu Alışov, 1959-cu il təvəllüdlü Aidə Vəli qızı Qurbanova, 1999-cu il təvəllüdlü Cavad Sirac oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınındaMasallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Zərərçəkmişlərə müvafiq tibbi yardım göstərilib. Onlardan 5 nəfəri ambulator müalicəyə buraxılıb.

Mikroavtobusun sürücüsü və sərnişin Musa Talıbov isə stasionar müalicəyə cəlb olunub.

İlkin versiya kimi hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verdiyi bildirilir.

Qəzanın dəqiq başvermə səbəbləri ekspertizanın çıxaracağı yekun rəydən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Ələt-Astara magistralında mikroavtobus aşdı: 7 yaralı - YENİLƏNİB - SİYAHI - FOTO

Ələt-Astara magistralında mikroavtobus aşdı: 7 yaralı - YENİLƏNİB - SİYAHI - FOTO

Ələt-Astara magistralında mikroavtobus aşdı: 7 yaralı - YENİLƏNİB - SİYAHI - FOTO

Ələt-Astara magistralında mikroavtobus aşdı: 7 yaralı - YENİLƏNİB - SİYAHI - FOTO