Bakıda qadın ayaqqabısı satılan mağazadan oğurluq olub.
Hələki şəxsiyyəti bilinməyən bir qadın iki yeniyetmə qızı ilə mağazadan bir cüt qadın çəkməsi oğurlayaraq oranı tərk edib.
Unikal.org bildirir ki, ayaqqabı mağazasına girən qadın oradan oğurluq edib. Ən acınacaqlısı isə onun bu əməli iki yeniyetmə qızının gözü qarşısında etməsidir.
Hadisə bir neçə gün əvvəl Paytaxtın Nəsimi rayonunda, ``28-may`` metrostansiyası yaxınlığındakı keçiddə bir mağazada baş verib.
İki yeniyetmə qızı ilə ayaqqabı satılan mağazaya girən qadın, satıcının digər müştərilərə başının qarışdığını görüb ordan bir cüt çəkmə oğurlayıb.
Mağazada müşahidə kamerasının olmasından xəbərsiz olan qadın, əvvəlcə çəkmənin bir tayına baxır. Daha sonra digər tayını da götürərək qızlarına işarə edir ki, bayıra çıxsınlar. Zərərçəkmiş hadisədən səhəri gün xəbər tutur. Mağaza sahibinin sözlərinə görə, ona təxminən 55 manat ziyan dəyib.