Tovuz rayonunda intihar hadisəsi baş verib. 29 yaşlı qadın özünü öldürüb.
Unikal.org xəbər verir ki, rayonun polis idarəsindən anspress-ə istinadən verilən məlumata görə, hadisə Çataq kəndindədə alınıb. 1987-ci il təvəllüdlü Kəmalə İmran qızı Hacıyeva odlu silahdanözünə qarın nahiyəsindənatəş açıb. Ağır bədən xəsarətləri alan qadın rayonun mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
29 yaşlı qadının özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Dünyasını dəyişən qadın ailəli olub və azyaşlı övladı var.
Tovuz rayonunda sonuncu intihar hadisəsi 3 gün əvvəl qeydə alınıb. Rayonun Alakol kənd sakini 18 yaşlı kənd sakini Rəsul Həsənov özünü asaraq intihar edib.İntiharın səbəbi hələlik məlum deyil.