Türkiyənin Batman vilayətində hicablı ana yeni dünyaya gətirdiyi körpəsini yol kənarına ataraq hadisə yerindən uzaqlaşıb.
Unikal.org cnnturk-ə istinadən bildirir ki, bu zaman yoldan avtomobili ilə keçən gənc oğlan yol kənarında atılmış körpəni görüb. Hadisə ilə bağlı dərhal polisə məlumat verib.
Polisin uşaqğın atıldığı yolun kənarında şirkətlərin birinin qarşısında kamera qurlaşdırıldığını müəyyənləşdirib. Dərhal kameralara baxış zamanı körpəsini atan hicablı qadın müəyyənləşdirib.
Polis ananın saxlanılması üçün axtarış aparır. Körpənin isə sonrakı taleyi barədə heç bir məlumat verilməyib.