Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. 

Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.-‹