Dünən Gədəbəydə baş vermiş avtobus qəzasında ağır yaralanan şəxs Bakıya gətirilib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, "Kavz" markalı avtobusun aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1969-cu il təvəllüdlü İbrahimov Niftalı Şəmil oğlu Bakıdakı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Qəzada yaralanmış digər 4 nəfərə isə Gədəbəy xəstəxanasında tibbi yardım göstərilib və onlar evə buraxılıb.
Bildirilir ki, 50 yaşlı Vüqar Alıməmmədovun idarə etdiyi və istismar müddəti başa çatmış 21 BA 974 dövlət qeydiyyat nişanlı avtobus yolun buzlu olması səbəbindən aşıb. Qəza nəticəsində sürücü vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.