Gəncədə dəm qazından zəhərlənmə olub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, şəhər sakini, 2003-cü il təvəllüdlü Aysun Aqil qızı Kərimova dəm qazı ilə zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
13 yaşlı qız yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.