Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.
Unikal.org xəbər verir ki, Qaradağ rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S. Nəsirova boğularaq ölüb, N. Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.