Dünən Bakıda dəm qazından boğularaq ölən polis əməkdaşı ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev 7 ünvanında kirayədə yaşayan 1991-ci il təvəllüdlü Səmidov İsmayıl Vahid oğlu Mühafizə Polisinin əməkdaşı olub.
Hacıqabul rayonunda doğulmuş və ailəsi bu rayonda yaşayan 25 yaşlı polis əməkdaşı həmin evdə tək qalırmış. Onun meyitini dünən günorta saatlarında evə gələn qohumu aşkarlayıb.
Məlum olub ki, İ.Səmidov İran istehsalı olan qızdırıcı sobanın otağa buraxdığı dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.