Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axund və imam təyin ounub.

Unikal.org-un xəbərinə görə, bu barədə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib.

Onun sözlərinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir: "Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar".
S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund göndərə bilmirlər.