Aktirsa Məryəm Üzerlinin Dubayda aldığı 300 min dollarla bağlı məlumatları yanlışdır.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, bunu aktrisanın prodüseri deyib. Onun sözlərinə görə, "Möhtəşəm yüz il" serialının sərgisində iştirakı ilə əlaqədar Məryəmə pul verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Üzerli və aktyor Burak Özçivit Dubayda "Möhtəşəm yüz il" serialının sərgisində iştirak ediblər. Aktrisanın qırmızı xalçada görünmək üçün 300 min dollar (1 milyon lirə), Özçivitin isə 450 min dollar (1,5 milyon lirə) qonorar aldığı iddia olunurdu.